Yuxu yozma   Leave a comment

A
Abidə-ürəkaçan iş gözlənilir.
Avtobus- yoran səfər gözlənilir.
Ağac- ən böyük arzun çin çıxacaq.
Ağcaqanad- üzücü bir iş baş verəcək.
Ağız- gözlənilməz, səbr tələb edən iş baş verəcək.
Ağ ayı- soyuqdəymə, sevgilinin nazı.
Ağ turp- soyuq dəysədə, qazanc dalınca get.
Ağlamaq- əsəbin pozulacaq.
Ad günü- yığıncaqda olacaqsan.
Ada- kimdənsə ayrılıq gözləyir.
Ayaq- arzusuz yol.
Ayaqqabı- çalış, vəziyyətin düzələcək.
Ayaq yolu- bildiyindən dönmə.
Ayaz- dava dalaş.
Ay- sınaqdan çıxacaqsan.
Aypara- itki.
Akvarium- xoş sıxıntı.
Akademiya- xəyallarının coşması.
Alma- arzuna yetişəcəksən.
Alim- sualına cavab tapacaqsan.
Alov- sıxıntı.
Alağ otu- səbirli ol, yaxşı olar.
Alt paltarı- şişirtmə məsələni.
And içmək- peşmansan.
Ana- sıxıntıdan çıxacaqsan.
Ata- hərəkət et, bərəkətli olarsan.
Aptek- axtarışda ol.
Apelsin- itki.
Armud- sənə inanmayacaqlar, amma düz olacaq.
Artist- yalan danışma, yalana inanma.
Arxa çantası- yola çıx.
Araba- o qədər də səni arzulamayacaqlar.
Ağ gül- uzaqlaşmaq.
Arıqlamaq- baxtın üz döndərib.
Arı- dava dalaş da olsa, nəticən xeyirli olacaq.
Araq içmək- ziyan çəkmək.
Asfalt- ümumi sevinc.
Asqırmaq- xəstən sağalacaq.
Asmaq- arvad tənbəllik daşını atacaq.
Atlı- görüş.
Atəş- düşmən özünü aşkar edəcək.
Axşam- bəhrə görəcəksən.
Axsamaq- özünü ələ al.
Axan ulduz- qeyri-adi iş baş verəcək.
Axtarmaq- haqqa bağlan, nail olacaqsan.
Açmaq- qorxmazsan,haqq ol.
Açar- tapacaqsan.
Acı şey yemək- sıxıntı.
Acıq- düzələn işi korlayacaqsan.
Ağlıq- söz-söhbət.
Afişa oxumaq- şadlıq olacaq.
Aşpaz- yediyindən narazısan.
At- murad.

B
Bağ- bərəkətə yetmək.
Badam- şadlanmaq.
Bazar- xərcə düşmək.
Bal- bəddən çıxmaq.
Balıq- istəyinə nail olmaq.
Balta- kömək axtararsan.
Bahar- rahatlıq.
Bataqlıq- vəziyyətin ağırdır.
Balet- yoldan çıxarmaq istəyirlər.
Balkon- vəziyyətin ağırdır.
Bağlama- pis xəyala düşmüsən.
Bayraq- siyasətdən narazısan.
Bayram- xoş günlər gözlənilir.
Bağ- zəhmətlə nail olacaqsan.
Basırıq- xəstələnmək.
Bacı-qardaş- söz-söhbət.
Baş- şad xəbər.
Bağlamaq- niyyətin qəbuldur.
Batmaq- məqamı gözlə.
Bataqlıq- işini dostunla səhmana sal.
Benzin- yanğından qorun.
Bədən- xoş günlər gəlir.
Bət- dərd.
Bənövşə- ehtiyatlı ol.
Bilet almaq- sıxıntıdasan.
Bişirmək- yaxşılıq edəcəksən.
Bit- şad olacaqsan.
Bitki- sevinəcəksən.
Bıçaq- söz-söhbət.
Borc vermək- sınaq.
Beşik- uşaq olacaq.
Bəzənmək- yenilik olacaq.
Boyunbağı- qəm.
Boşqab- səbirli ol.
Bulaq- işin düzələcək.
Buynuz- qalmaqal.
Buğda- ruzi.
Bulka- laqeydlikdən ziyan.
Burun- işini əsas tutursan.
Bülbül- öyünmək.
Bəzək daş-qaş- imkan yaranıb.
Bənd (divar)- arxayınlıq.
Binokl- dərd çəkəcəksən.
Boğmaq- ehtiyatlı ol.
Boğaz- həyat əyləncə deyil.
Boşanma- eşq.
Bulud- sevinc.
Bürc- ayrılıq.

C
Corab- yuxuda corab geyinmək darlıqdı.Corabı soyunmaq darlıqdan qurtulmaqdır.

Ç
Çəkic,zindan- qüvvətlənmək, gumrahlaşdırmaq əlamətidir.
Çəlik, qoltuq ağacı- nəsə əyilmiş bir işin yavaş-yavaş qaydaya düşəcəyindən, həmin işə kiminsə kömək göstərəcəyindən xəbər verir.
Çoban- gumrahlıq, sağlıq, tutarlılıq əlamətidir.
Çomaq- qüvvət yuxusudur. Çomağı başqasının əlində görübsənsə-sənə nəsə bir zərbə dəyə biləcəyindən xəbər verir.
Çöl- rahatlıq, asudəlik, arxayınlıq əlaməti sayılır.
Çörək- yuxuda çörək görmək, çörək bişirmək, çörək yemək yaxşıdır- əlinə pul-para gələcək.
Çuval- dolu, ağzı bağlı çuval ətrafda nəsə sirli bir hadisə olduğundan(və ya baş verəcəyindən) soraqdır.

D
Daraq- qayğı hesab olunur.Yuxuda daraqla başını darayırsansa nəyinsə qayğısını çəkəcəksən.
Darı- yuxuda darı görübsənsə, bir müddət vaxtın ürəyincə olmayan xırda-xuruş işlərə keçəcək.
Daş- yuxuda daş daşımaq çətinliyə düşmək kimi yozulur.
Dəvə- xeyir-bərəkət yuxusudur. Yaxınlarda əlinə pul-para gələcəyinin əlamətidir.
Dəyirman- səxavət nişanəsidir.
Dəllək- yuxuda dəllək görmək, üz qırxdırmaq, baş düzəltdirmək ağrı-acıdan, dərd-bəladan qurtulmaq kimi yozulur.
Dərviş- müjdədir.Ən çox övlad müjdəsi kimi yozulur.
Dərə- uçurum dərə qarşına çətinliklər çıxacağınnan xəbər verir.
Dəri- yuxuda dəri görmək bəd sayılır, kasıblaşmaq, xərcə düşmək kimi yozulur. Oğurluq olacağı da gözlənilir.
Dərman- yuxuda dərman görmək, dərman içmək acılıqdır, xəstəlik, bəd hadisə olacağını göstərir.
Diş- diş çəkdirmək nəsə bir pis hadisə olacağına xəbərdarlıqdı.
Dırnaq- yuxuda dırnaq tutmaq yaxşıdır. Nəsə bir müşküldən qonub ayrılacaqsan.
Dovşan- haqqında dedi-qodu gözlədiyini bildirir.
Döyülmək- yuxuda döyülmək canı bərkimək, ağrı-acıdan uzaq olmaq nişanəsidir.
Düz- istək yuxusudur, mehribançılıq əlamətidir.
Duman- qayğıdır.
Durna- səfərə çıxmaq kimi yozulur. Ayrılıq əlaməti də sayılır.

E
Ev- yuxuda evdən çıxırsansa, darlıqdan qurtarırsan, işlərin asanlaşır. Evə girirsənsə, çətinliyə duçar olacaqsan, işlərin qaydasınca getməyəcək.

Ə
Əl- yuxuda əl-ələ vermək ayrılıq nişanəsidir.
Ət- pis əlamətdir. Yuxuda ət yeyirsənsə işlərin dolaşacaq.
Ətir- görüş, vüsal yuxusudur.

G
Güzgü- bəxt yuxusudur. Güzgü tapmaq bəxtin üzə gülməyidir. Güzgü sınması yaxşı deyil.
Gül- yuxuda gül görmək sevgi əlamətidir.
Güllə- yuxuda güllə atmaq, güllə səsi eşitmək, gülləylə yaralanmaq-qüvvətlənmək, güclənmək, sağlam olmaq kimi yozulur.
Gülmək- qəmli olmağa, fikir çəkməyə işarədir.
Günəbaxan- istək yuxusudur, sevgi əlaməti hesab olunur.
Gün işığı- gün işığı görmək, işıqda durmaq şadlıq yuxusudur. Aydınlıq, rahatlıq, xoş gün-güzəran nişanəsidir.

H
Hasar- yuxuda hasar çəkmək dara düşməkdir. Hasarı sökmək yaxşıdır, çətinlikdən çıxmaqdır.
Hörük- qayğıdır.
Hörümçək toru- qanqaraçılıq, dilxorçuluq, işlərin dolaşığa düşməsi kimi yozulur.
Hüzr- tərsinədir. Şadlıq, çalçağır olacağına işarədir.

X
Xalça- səfərə çıxmaq xəbəridir. Xalça üstündə uçmaq həm də murada yetmək nişanəsi sayılır.
Xəlbir- nəsə bir ziyanlıq olacağını göstərir. Divardan xəlbir asılmağı qəriblik keçirmək nişanəsi sayılır.
Xəmir- yuxuda xəmir görmək qonaq gələcəyini göstərir. Xəmir yoğurmaq- xeyir-bərəkət qazanmaq hesab olunur.
Xəncər- işlərin axara düşəcəyini göstərir. Yuxuda xəncəri qına qoyursansa, çox istədiyin bir adam sizə qonaq gələcək.
Xəstə- yuxuda xəstə olmaq tərsinədir, uzun müddət azarlamayacağına nişanədir.
Xına- şadlıq olacağına işarədir. Toy-düyün üzünə yozulur.
Xoruz- hamilə qadın yuxuda xoruz görübsə oğlu olacaq.
Xurma- müjdə yuxusudur. Yuxuda xurma yeyən adam yaxınlarda şad bir xəbər alıb sevinəcək.

İ
İynə- yaxın qohumlar arsında söz-söhbət olacağına işarədir. Saplanmış iynə isə söz-söhbətin uzanacağını bildirir.
İlan- günah əlamətidir.
İp- yol getməyə, səfərə çıxmağa işarədir. Düyünlü ip səfərdə dolaşıq işlər olacağından soraqdır.
İt- bəddi. Yuxuda səni it tutubsa, demək kimsə sənə şər atacaq, işlərinə əngəl törədəcək.
İşıq- yuxuda işıq yandırmağı aydınlığa çıxmaqdır, işıq söndürmək işlərin korlanmağına işarədir.

K
Kabab- azar-bezar əlamətidir. Naxoşluq olacağından soraqdır.
Kol-kosluq- səni istəməyən adamların əhatəsinə düşəcəyini göstərir.
Kömür- qara gün əlamətidir.
Kötük- yuxuda kötük görmək bəddir.
Külək- yuxuda bərk külək əsməsi çətinliyə düşmək, ziyanlıq çəkmək əlamətidir.
Küpə- ağartı dolu küpə bərəkətə işarədir. Qızıl küpəsi qəm üzünə yozulur.

Q
Qab-qacaq- qayğıların çoxalacağına işarədir.
Qayıq, Gəmi- muradın yuxusuzdur, ürəyində nə murad varsa, onun hasil olacağı vaxtın yaxınlaşdığını bildirir.
Qayğı- kiminsə sənin qeybətini elədiyini, haqqında orda-burda söz-sov yaydığının xəbəridir.
Qamış- yuxuda qamışlıq görmək bəd sayılır. Sıxıntı, dərd-qəm olacağının əlamətidir.
Qan- qovuşuqdur. Uzaqda olan yaxın bir adamınla görüşəcəyindən soraq verir.
Qapı- bərəkətə işarədir, açıq qapı odur ki, bərəkətin azalacaq.
Qaranlıq- yuxuda qaranlıqda qalmaq, qaranlıqda yol getmək nəsə bir çətinliyə düşəcəyini bildirir.
Qarpız- əgər yuxuda qarpız görübsənsə, yaxınlarda şad xəbər eşidəcəksən.
Qatıq- bərəkətə yetmək kimi yozulur.
Qaçmaq- yüngülləşmək, dərd-bəladan, azar-bezardan uzaq olmaqdır.
Qəbristanlıq- yuxuda qəbir və yaxud qəbristanlıq görmək varlanmağa yozulur.
Qələm-kağız- yuxuda qələm kağız görmək, nəsə yazmaq, oxumaq, uzaqda olan bir adamından xəbər gələcəyini göstərir.
Qızıl- qəm əlamətidir, guman ki, nəsə qəmli bir hadisə ilə qarşılaşacaqsan.
Qovun- xəstəlik əlaməti sayılır, belə yuxuda görənadam nəsə bir naxoşluq keçırəcək.
Qoyun- bərəkət yuxusudur. Var-dövlətinin artıb-çoxalacağını göstərir.
Qonaq- yuxuda qonaq getmək yüngülləşməkdir. Qonağın gəlibsə, işlərinin çoxalıb həddən aşacağı gözlənilir.
Quyu- iki cür yozulur. Su dolu quyu- aydınlıq, xeyir-bərəkət yuxusudur. Susuz, adi qaranlıq quyu bəddir. İşlərin dolaşa biləcəyinə işarədir.
Qum- başının az xeyir gətirən xırda-xuruş işlərə qarışacağını göstərir.

L
Lampa- yaxşı yuxudur. Müşkül bir işdən qurtarıb işıqlığa, aydınlığa çıxacaqsan.Yuxuda lampa sönməyi pisdir- nəsə qəfil bir qan-qaraçılığın olacağını bildirir.
Ləçək- hamilə qadın yuxuda ləşək görübsə qızı olacaq.
Lil- yuuxda lil görmək o deməkdir ki, işlərin bir-birinə qarışacaq. Qanqaraçılıq olacaq.
Limon- düşər-düşməzi olan yuxudur. Naxoşluq ola biləcəyinin əlamətidir.

M
Məscid- mübarək yuxudur. Halallıq, xeyir-bərəkət, mətləb-muradın hasil olmağı kimi yozulur.
Muncuq- ürəkaçan bir hadisə olacağının müjdəsidir.

N
Nal- yuxuda nal görmək, ya da at nallamaq yaxşıdır. Kiməsə xeyrin dəyəcək, həmişə də hörmətini saxlayacaq.
Nar- istək yuxusudur. Sevən cavan qız və ya oğlan yuxuda nar görübsə istəyinə qovuşacaq.
Nərdivan- yuxuda nərdivan, yaxud da pilləkanla yuxarı qalxmaq ucalmaq, yüksəlmək əlaməti kimi yozulur.
Nurani qoca- yuxuda nurani qoca görmək işlərinin uğur üstündə olacağını göstərir. Halallıq, bərəkət , arxa-kömək olmaq kimi də yozulur.

O
Ov- yaxşı əlamət sayılır. Nəsə bir itki olacağından xəbər verir.
Oğurluq- yuxuda oğurluq etmək canındakı ağrı-acıların tezlikdə çıxıb gedəcəyinə işarədir.
Otlaq, göy çəmənlik- yaxın vaxtlarda qohum-qonşuda çal-çağır, toy-düyün olacağını bildirir.
Ot çalmaq, odun qırmaq- haqqında gəzən ara-sıra söz-söhbətlərinin başa yetəcəyinə işarədir.
Oxlov- kiminsə səni möhkəm danlayacağının sorağıdır.
Ocaq- Alov-qalmaqal olacağından, müşkül iş baş verəcəyindən xəbər verir.

Ö
Ölmək- özünün, ya da başqa bir adamın öldüyünü yuxuda görmək ömür uzanmağı hesab olunur.
Öpmək- yad kişini, ya da yad arvadı öpmək ailədə nəsə söz-sov olacağından, inciklik düşəcəyindən xəbərdir.

P
Paltar- darlıqdır
Papaq- ucalıqdır. Yuxu görən adamın ya özü, ya da ailəsindən bir ucalıq olacaq.
Pətək- yuxuda arı pətəyi görmək xoş əlamətdir. Bal dolu pətək lap yaxşıdır. İstək, məhəbbət kimi yozulur.
Pir- yaxşı yuxu sayılır, nəsə bir qayğın varsa, həmən qayğıdan qurtaracaqsan.
Pişik- işlərin pis vəziyyətə düşəcəyinə, uğursuz olacağına işarədir.
Plov, Düyü- yuxuda plov , ya da düyü görübsənsə bu, o deməkdir ki, rəhmətə gedən əzizlərinin ruhu nədənsə narahat və nigarandır. Bu zaman ehsan vermək, quran oxutdurmaq məsləhətdir.
Pul- səsdir. Pul yığmaq-nigarançılıqdır. Pul itirmək yaxşıdır, nigaran olduğun işdən xoş xəbər gələcək.

S
Saqqal- yuxuda saqqalı olmaq var-dövlətə çatmaq deməkdir.
Saqqız- yuxuda saqqız görmək, saqqız çeynəmək dedi-qodu, qeybət əlamətidir. Evdə, iş yerində ehmal tərpənmək, diqqətli olmaq deməkdir.
Sağsağan- mübarək sayılır. Yuxuda sağsağan görən xoş bir müjdə alar.
Saman- səxavət yuxusudur. Əlində yaxşı pul-para gələcəyindən və onu səxavətlə xərcləyəcəyindən xəbər verir.
Sandıq- sirdir. Bağlı sandıq sirrin açıldığını, açıq sandıq isə sirrin açılıb aydınlaşdığını göstərir.
Sarımsaq- acılıqdır. Azar-bezar əlamətidir.
Sarmaşıq- yuxuda sarmaşıq görmək yaxşı əlamət sayılmır.İşlərinin dolaşacağına, kiminsə sənə mane olacağına işarədir.
Saç- yuxuda saç hörmək, baş daramaq nəsə bir qayğıya tuş gəlməyin əlamətidir.
Soğan- acılıqdır. Xəstəlik, ziyanlıq əlaməti sayılır.
Su- yuxuda istədiyin qız sənə su verirsə, demək ona qovuşacaqsan. Suya düşmək, suda çimmək aydınlıqdır, işlərinin yaxşı olacağını göstərir.
Süd- yuxuda süd görmək, süd içmək xeyirliyədir. Bərəkət əlamətidir.
Sümük- bərkə, dara, çətinliyə düşəcəyindən soraqdır.
Süpürgə- yuxuda ev süpürmək pisdir. Evdən nəsə pis yerə pul-para çıxacağına işarədir. Yuxuda süpürgəni atmaq yaxşıdır. Qayğıdan qurtaracağını bildirir.

Ş
Şal- ayrılıqdır. Qürbətçilik olacağından soraqdır.
Şam- kimsə yolunu gözlədiyin yaxın bir adamının sağ-salamat qayıdıb gələcəyindən xəbər verir.
Şaxta- yuxuda şaxtaya, soyuğa, ayaza, qar-borana düşmək çətinlik, əziyyət əlamətidir.
Şəkər- şadlıq yuxusudur. Xoş müjdələr gələcəyini, muştuluqlar olacağını göstərir.
Şəkil- nigarançılıqdır. Əziz bir adamında ötrü xeyli vaxt nigaran qalacaqsan.
Şir- təhlükə, qara- qorxu olacağının əlaməti kimi yozulur. Ehtiyatlı olmaq gərəkdir.
Şor- yaxşı yuxu sayılmır. Ara-bərədə qız-gəlin söhbətinin gəzəcəyini nişan verir.
Şüşə- aydınlıqdır. Yuxuda şüşənin sınmasının düşər-düşməzi olur. Sınan şüşə görübsənsə sadağa ayırmaq lazımdır.

T
Taxt çarpayı- azar-bezar, ya da yas nişanəsidir.
Təndir- çörək bişirirsənsə, yaxşı yuxudur, bərəkətdir.
Təsbeh- rəhmətə gedən əzizlərindən birinin ruhunun çoxdan sən tərəfindən yad olunmadığına işarədir. Onun adını an, ruhuna yasin oxut. Yoxsa nəsə bir ziyanlıq olar.
Tiyan- qaynayan tiyan görmək bəddir- qada-bala, qara qorxu olacğını göstərir.
Tikan- arxanca söz-sov gəzdiyə işarədir.
Toy- qarışıq yuxudur, axar suya danışıb sadağa ayırmaq gərəkdir. Toyda oynamaq, yeyib-içmək də düşər düşməzi olan yuxudur.
Toyuq-cücə- yaxşı yuxudur. Bərəkət, yüngüllük əlaməti sayılır.
Tor- dolaşığa düşmək, çətinliyə duçar olmaq kimi yozulur. Yuxuda tor yığışdırmaq, toru yörtmaq çətinlikdən qurtarmaqdır.
Tut- yuxuda tut ağacı görmək, tut yığmaq, tut yemək bərəkət yuxusudur. Yaxın vaxtlarda əlinə xeyir gələcək.
Tufan- yuxuda tufan qopmağı, şimşək çaxmağı hay-küylü, xeyirsiz, bir hadisə olacağına, mənasız bir gərginliyə işarə verir.
Tülkü- o deməkdir ki, sənə nə qədər tələ qursalar da, ağıllı tərpənib fitnə-fel’dən yaxa qurtaracaqsan.
Tüstü- acılıqdır. Qanqaraldan bir əhvalat olacağını, özünün də uzanacağını göstərən əlamətdir.
Tütün- papiros- qəlyan- çətinliyə düşəcəyinə, amma dözümlü olacağına işarədir.
Tüfəng- nəsə gözlənilməz bir xəbər gələcəyindən soraqdır.

U
Un- yuxuda un ələmək çox yaxşıdır, bərəkətə yetməkdir.
Uçmaq- boy atıb böyümək nişanəsidir.Belə yuxunu adətən uşaqlar, bir də yeniyetmələr görür.
Uşaq- körpə oğlan uşağı görmək var-dövlət, artım, uğur kimi yozulur.

Ü
Üzərlik- düşərli yuxudur.Bədnəzərdən, xatadan yan ötmək əlaməti kimi yozulur.
Üzük- bəxt yuxusuzdur.
Üzüm- göz yaşıdır. Dərd-qəm, kədər əlaməti sayılır.

Z
Zəmi- bərəkət, şadlıq, toy-düyün nişanəsi kimi sayılır.
Zəng- ayrılıq, səfərə çıxmaq xəbəridir.
Zərgər- yuxuda zərgər dükanı görmək, zərgərdə üzük, bilərzik, boyunbağı düzəltdirmək yaxşı sayılmır. Qəmli hadisə olacağı gözlənilir.
Zibillik- dava-dalaş, qanqaraçılıq olacağının əlamətidir.
Ziyarət- yuxuda ziyarətə getmək mətləbin hasil olacağından xəbər verir. Belə yuxunu görəndən sonra nəzir-niyaz vermək savabdır.

About these ads

Posted 19/04/2011 by gsbarca in Uncategorized

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s

Takip Et

Her yeni yazı için posta kutunuza gönderim alın.

%d blogcu bunu beğendi: