İBRƏTAMİZ HEKAYƏLƏR   Leave a comment

Səmadan Gələn Səs

Hər tərəf qaranlıq idi. Dağın zirvəsinə qalxmağa çalışan alpinist heç nə görə bilmirdi. Səmadakı ay və ulduzlar buludlarla örtülmüşdür. Dağın zirvəsinə dırmaşmağına bir neçə addım qalmış alpinistin ayağı sürüşür və sürətlə yerə enməyə başlayır.
Surətlə yerə tərəf enən alpinistin gözünün qarşısına bütün həyatı, pis və yaxşi əməlləri film kimi gəlib keçirdi; ölümünün çox yaxında olduğunu düşünən bir anda belindəki ip onu yuxarıya tərəf çəkdi. Onun bədəni havada asılı vəziyyətdə qalmışdır. Bunu görən alpinist qışqırmağa başlayır: “Allahım mənə kömək et . Sənin qüdrətinə inanıram.”
Bir an içində dərin səmadan gələn səs cavab verdi :
“Əgər doğrudanda Allahın qüdrətinə inanırsansa belindəki kəndiri kəs.”
Araya bir neçə saniyə sükut çökdü. Alpinist belindəki ipi kəsməyib tam əksinə olaraq iki əllə ipdən möhkəm yapışdı .
Bu hadisədən bir neçə gün sonra axtarış qrupu dağın ətəyindən donmuş və iki əllə kəndirdən yapışmış alpinist meyitini tapdılar. Ən təəccüblisi isə alpinistlə yer araındakı məsafənin 2 metrdən belə az olması idi.

Əlimi tut

Balaca qız və atası körpünü keçirlər. Ata biraz narahat olur və qızından onun əlini tutmasını istəyir:
– Şirin qızım, əlimi yaxşı tut ki, çayın içinə yıxılmayasan.
Balaca qız cavab verir:
– Yox, ata. Sən mənim əlimi tut.
Biraz çaşbaş qalmış ata maraqla soruşur:
– Fərqi nədi ki? “Çox böyük fərq var”- deyə balaca qızı cavab verir. “Əgər mən sənin əlini tutsam və mənə nə isə olsa, ola bilər ki, mən sənin əlini buraxım. Amma sən mənim əlimi tutsan, mən əminəm ki, nə olursa olsun sən heç vaxt mənim əlimi buraxmazsan.”
Hər bir əlaqədə, əsl İNAMın məğzi özunə güvəndə yox, qarşındakına güvənməkdədir. Sizi Sevənlərin, əlinizdən tutmağını gözləməkdənsə onların əllərindən tutun…

Duanın ağırlığı

Kasıb geyinmiş bir qadın qayğılı bir şəkildə ərzaq dükanına girdi. Utana-utana dükan sahibinə yaxınlaşaraq, həyat yoldaşının xəstə olduğunu, yeddi uşağı ilə ac qaldıqlarını dedi. Dükan sahibi isə ona sərt bir nəzərlə baxaraq, dükandan çıxmağı tələb etdi. Qadın çıxış yolu olmadığı üçün yalvarmaqda davam edir: Mənə inanın. Pulumuz olan kimi sizin borcunuzu ödəyəcəyəm, – deyirdi. Bu vaxt dükana girən başqa bir müştəri onların bu söhbətini eşitdi.
Üzünü dükan sahibinə tutub: Ona istədiklərini verin, borcunu da mənim adıma yazın, – dedi.
Dükan sahibi həvəssiz bir şəkildə, bir az da istehza ilə qadından: Sizdə alacağınız ərzaqların siyahısı varmı? – deyə soruşdu.
Luiz başını aşağı əyərək: Var, – deyə cavab verdi.
Dükan sahibi: Elə isə, o siyahını tərəzinin bu gözünə qoyun. Nə qədər gəlsə, sizə o qədər ərzaq verəcəyəm, – dedi… Luiz birdən duruxdu, sonra çantasından içərisində nə isə yazılmış bir kağız çıxararaq, tərəzinin gözünə qoydu. Dükan sahibi tərəzinin o biri gözünə ərzaqları qoymağa başladı. Ancaq tərəzi dolub – daşsa da, tərəzinin bu biri gözü əyilmək bilmirdi.
Dükan sahibi: İnana bilmirəm. Bu necə ola bilər? – deyə heyrətdən donub qaldı. Nəhayət, çarəsiz qalıb tərəzidəkiləri qadına verdi. Dükan sahibi maraqla kağızı götürüb oxudu. Kağızda bu dua yazılmışdı: Allahım, mənim nəyə ehtiyacım olduğunu Sən bilirsən. Hər şeyin Sahibi Sənsən.
Sonra tərəzinin kağız qoyulan tərəfinin qırıldığını və duanın nə qədər ağır olduğunu Anlayır.Dua bizim üçün verilmiş bir hədiyədir

Posted 15/04/2011 by gsbarca in Uncategorized

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s

%d blogcu bunu beğendi: